Xəzinə kağızları

Treasuries Bütün növ dövlət borc qiymətli kağızlarını əks etdirən ümumi ifadə.
Xərcini ödəmə (qaytarma) müddəti
Xəzinə səhmi
OBASTAN VİKİ
Dövlət qiymətli kağızları
Dövlət qiymətli kağızları — dövlət tərəfindən buraxılmış qiymətli kağızlar. Bu qiymətli kağızlar borc qiymətli kağızları kateqoriyasına aiddir. Dövlət qiymətli kağızları Bakı Fond Birjasında ən böyük ticarət həcminə sahib maliyyə alətləridir. Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları tədavül müddətinə görə qısamüddətli (1 ay, 3 ay, 6 ay və 1 il), orta müddətli (2 il və 3 il) və uzun müddətli (5 il və daha artıq) ola bilər. Bu dövlət qiymətli kağızları dövlətin daxili borclanma aləti olmaqla, büdcə kəsrinin maliyyələşməsi məqsədilə buraxılır. Maliyyə Nazirliyinin istiqrazları üzrə hüquqi və fiziki şəxslər, rezident və qeyri-rezidentlər alıcı qismində çıxış edə bilərlər. == Dövlət qiymətli kağızlarının növləri == === SSRİ === SSRİ-də dövlət qiymətli kağızlarının aşağıdakı növləri buraxılırdı:: Dövlət Müharibə Krediti İstiqrazları Xalq təsərrüfatının bərpası üçün dövlət kreditinin istiqrazları; SSRİ xalq təsərrüfatının inkişafı üçün dövlət kreditinin istiqrazları Dövlət istiqrazları 3% daxili uduşlu kredit; digər istiqrazlar === ABŞ === ABŞ-də dövlət qiymətli kağızlarının aşağıdakı növləri buraxılır (bax: ABŞ Xəzinədarlığının Qiymətli Kağızları): Qısamüddətli Xəzinə vekselləri (Vekslər) Ödəmə müddəti 1 ildən 9 ilə qədər olan ortamüddətli xəzinə istiqrazları (Qeydlər). Ödəmə müddəti 10 ildən çox olan uzunmüddətli xəzinə istiqrazları (İstiqrazlar). Xəzinədarlıq İnflyasiyadan Qorunan İstiqrazlar (TIPS). == İstinadlar == == Ədəbiyyat == Берзон Н. И., Аршавский А. Ю., Буянова Е. А. Фондовый рынок.
Xəzinə (1970)
Xəzər dənizində xəzinə axtarışı ilə bağlı əhvalat filmin əsasını təşkil edir.
Xəzinə bileti
Xəzinə bileti — xəzinə idarəsinin bir qayda olaraq büdcə kəsirini ödəmək üçün buraxdığı kağız pul (qızıla dəyişdirilmir); keçmiş sosialist ölkələrində xırda kupyuralı kağız pullar, keçmiş SSRİ-də 1, 3 və 5 manatlıq.
Xəzinə qayası
Xəzinə qayası — Şuşanın cənub-qərb hissəsində yerləşən ərazi. Şuşanın cənub-qərb hissəsində yerləşən "Xəzinə qayası"nın hündürlüyü 200, eni 100 sajenə (1 sajen 2,134 metr uzunluq ölçüsüdür) bərabərdir. Adın yaranması haqqında belə bir rəvayət var: Ağa Məhəmməd şah Qacar qətlə yetiriləndən dərhal sonra hakimiyyəti ələ alan İbrahimxəlil xanın qardaşı oğlu Batmanqılınc Məhəmməd bəy Cavanşir onun Qarabağdan və hərbi səfərlərdə olduğu başqa yerlərdən topladığı çoxlu sərvəti, qızıl-gümüşü, zinət əşyalarını, külli miqdarda pulu və digər qiymətli əşyaları mis qablara doldurub başqalarının əlinə keçməməsi üçün gizlətməyi qərara alır. Həmin qabları gecə vaxtı iki erməni nökərin belinə yükləyib Qırxpilləkəndən Daşaltıya enərək Kirs dağının ətəyində, sıldırım qayaların altında daşlı-kəsəkli bir yerdə basdırır. Geri qayıdanda sirrin açılmaması üçün həmin erməniləri qayadan atır. Elə o vaxtdan da onun sərvətini gizlətdiyi yer el arasında "Xəzinə dərəsi", yaxud da əksər vaxtlarda "Xəzinə qayası" adlanır. Sonralar xəzinəni tapmaq üçün bəzi adamlar orada dəfələrlə axtarış aparsalar da, heç nəyə nail ola bilməyiblər".
"Müqəddəs xəzinə" ordeni
"Müqəddəs xəzinə" ordeni (瑞宝章, Zuiho-şo) – Yaponiya ordenlərindən biri. Həm yapon, həm də əcnəbi şəxslərə Yaponiya dövləti qarşısındakı xidmətlərə görə təqdim olunur. == Tarixi == "Müqəddəs xəzinə" ordeni 4 yanvar 1888-ci ildə İmperator Meyci tərəfindən "Meyci" ordeni adı ilə təsis olunmuşdur. Ancaq kişilərə təqdim olunması planlaşdırılsa da, 1919-cu ildə qadınlara da verilməsi barədə qərar verilmişdir. Orden 2003-cü ilə qədər 8 dərəcə üzrə təqdim olunmuşdur. 2003-cü ildə VII və VIII dərəcələr ləğv edilmiş, 6 dərəcə üzrə təqdim olunmağa başlamışdır. == Dizayn == Orden Yaponiyanın iki müqəddəs xəzinəsini – Yata güzgüsünü və Yasakani cəvahiratını özündə əks etdirir. Orden pavlovniya çiçəklərinin və yarpaqlarının formasında dizayn edilmişdir.
Azərbaycan Xəzinə Palatası
Azərbaycan Xalq Cümhuriyyəti iqtisadiyyatı — Azərbaycan Xalq Cümhuriyyətinin sosial-iqtisadi siyasətinin əsas məzmunu. == Fəaliyyəti == 1918-ci il mayın 28-də Müsəlman Şərqində ilk demokratik və yeganə par­la­men­tli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Keçmiş Rusiya İmperiyasının dağıntıları içərisindən yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti Avropa tərəfindən tanınmış yeganə türk respublikası kimi tarixə daxil oldu. Cümhuriyyətin yaranması və onun fəaliyyəti xalqın dövlətçilik ənənələrinin bərpasına və milli mənlik şüurunun intişarına böyük təsir göstərmişdir. Həmin dövrdə ölkə həyatının bir çox sahələrində, o cümlədən müstəqil demokratik dövlət, milli mədəniyyət, milli təhsil, ordu quruculuğu, həmçinin ölkənin sosial-iqtisadi inkişafı və xarici iqtisadi-ticarət əlaqələrinin yaradılması istiqamətlərində ilk mühüm müstəqil addımlar atılmışdır. Azərbaycan Xalq Cümhuriyyəti tarixinə həmin dövrdə ölkədə milli iqtisadiyyatın və xarici iqtisadi-ticarət əlaqələrinin yaradılması istiqamətində ilk müstəqil addımlar atılmışdır. == İqtisadiyyat == === Haqqında === Azərbaycan Xalq Cümhuriyyətində sosial ədalət istehsal vasitələri üzərində mülkiyyət formaları vasitəsi ilə bərqərar edildi. AXC öz iqtisadi platformasında mülkiyyət plüralizmini nəzərdə tuturdu. Burada dövlət mülkiyyəti, xüsusi, şəxsi, səhmdar, bələdiyyə mülkiyyəti formalarının və digər mülkiyyət formalarının inkişafı üçün bərabər imkanlar yaradılırdı. O zaman geniş yayılmış bolşevizm mövqeyindən fərqli olaraq AXC və onun liderləri fabrik, zavod, torpaq və digər əsas istehsal vasitələri üzərində xüsusi mülkiyyəti rədd etmirdilər.
Xəzinə (film, 1970)
Xəzər dənizində xəzinə axtarışı ilə bağlı əhvalat filmin əsasını təşkil edir.
Min Bir Xəzinə (1976)
Film qədim tarixi, ədəbiyyatı və zəngin mədəniyyəti olan Azərbaycanın milli mədəniyyət, ədəbiyyat xəzinəsinə — Azərbaycan Əlyazmalar Fonduna həsr edilmişdir. Film Azərbaycan Əlyazmalar Fondunun sifarişi ilə çəkilmişdir. Rejissor: Əlihüseyn Hüseynov Ssenari müəllifi: Cəmil Əlibəyov, Cahangir Qəhrəmanov Operator: Fəraməz Məmmədov Rəssam: Kazım Kazımzadə Bəstəkar: Sevda İbrahimova Səs operatoru: Şamil Kərimov Azərbaycan Əlyazmalar Fondu Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 268.
Xəzinə axtarışında (film, 2017)
Xəzinə axtarışında (ing. Kung-Fu Yoga, çin. 功夫瑜伽) — film 2017-ci ildə rejissor Stenli Tonq tərəfindən çəkilmişdir. Filmdə baş rolda Ceki Çan oynayır. Filmin heyətinə Çinli aktyorlara Arif Rəhman, Lay Tsan və Miya Muqi, Hindistanlı aktyorlara isə Sonu Sud, Dişa Patani və Amira Dastur daxildir. Film 28 yanvar 2017-ci ildə Çində nümayiş olunub. Burada Nazan Van tərəfindən bəstələnmiş orijinal musiqi və Fərah Xan tərəfindən qurulan son bir rəqs nömrəsi var. Bu film Ceki Çanın Çində ən çox qazanan filmidir. Xi'an'daki Terrakotta Ordu Muzeyində tanınmış bir arxeologiya professoru olan Cek, Hindistanda Hindistanın Muzey Araşdırmaları İnstitutu Racastandan bir gənc hindistanlı professor Aşmita ilə birlikdə Tibetdə Maqadhanın itirilmiş xəzinəsini tapmaq üçün bir araya gəlirlər. Müasir texnologiyanın köməyi ilə iki professordan ibarət bir heyət xəzinəni donmuş gölün altında tapır.
Dünya ətrafında 80 xəzinə
Dünya ətrafında 80 xəzinə (ing. Around the World in 80 Treasures) - BBC tərəfindən istehsal olunmuş on seriyalı incəsənət və səhayət sənədli filmidir. İncəsənət tarixi üzrə mütəxəssis Den Kruinkşank tərəfindən hazırlanmış sənədli film ilk dəfə 2005-ci ilin mart-aprel aylarında yayımlanmışdır. Filmin adı Jül Vernin məşhur "80 gün dünya ətrafında" romanının adından götürülmüşdür. Serialda beş aylıq dünya turuna başlayan tədqiqatçı insanlar tərəfindən yaradılmış və müxtəlif ölkələrdə yerləşən 80 xəzinəni təqdim edilir. Mühüm əhəmiyyətli xəzinələr arasında memarlıq nümunələri və tarixi artefaktlar vardır. Dünya turu çərçivəsində ümumilikdə 34 ölkəni ziyarət edən Kruinkşank yeddi qitədən altısında olur (Antarktidaya getmir). Həmin dövrdə təhlükəli ərazi olduğuna görə tədqiqatçı İraqa getməkdən imtina edir. Serial boyunca tədqiq edilən 80 xəzinədən başqa tədqiqatçı səfər etdiyi yerlərdə müxtəlif qeyri-ənənəvi qida nümunələrinin (qoyun xayası, beyin, müxtəlif cücülər və sair) dadına baxır, yerli adətlər və ərazinin tarixi haqqında məlumat verir. Nəqliyyat vasitəsi kimi təyyarə, qatar, dəvə, ulaq, ayaq, hava şarı, velosiped, skuter, avtomobil və qayıq istifadə edilir.
Min bir xəzinə (film, 1976)
Film qədim tarixi, ədəbiyyatı və zəngin mədəniyyəti olan Azərbaycanın milli mədəniyyət, ədəbiyyat xəzinəsinə — Azərbaycan Əlyazmalar Fonduna həsr edilmişdir. Film Azərbaycan Əlyazmalar Fondunun sifarişi ilə çəkilmişdir. Rejissor: Əlihüseyn Hüseynov Ssenari müəllifi: Cəmil Əlibəyov, Cahangir Qəhrəmanov Operator: Fəraməz Məmmədov Rəssam: Kazım Kazımzadə Bəstəkar: Sevda İbrahimova Səs operatoru: Şamil Kərimov Azərbaycan Əlyazmalar Fondu Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 268.
Dünya ətrafında 80 xəzinə (film, 2005)
Dünya ətrafında 80 xəzinə (ing. Around the World in 80 Treasures) - BBC tərəfindən istehsal olunmuş on seriyalı incəsənət və səhayət sənədli filmidir. İncəsənət tarixi üzrə mütəxəssis Den Kruinkşank tərəfindən hazırlanmış sənədli film ilk dəfə 2005-ci ilin mart-aprel aylarında yayımlanmışdır. Filmin adı Jül Vernin məşhur "80 gün dünya ətrafında" romanının adından götürülmüşdür. Serialda beş aylıq dünya turuna başlayan tədqiqatçı insanlar tərəfindən yaradılmış və müxtəlif ölkələrdə yerləşən 80 xəzinəni təqdim edilir. Mühüm əhəmiyyətli xəzinələr arasında memarlıq nümunələri və tarixi artefaktlar vardır. Dünya turu çərçivəsində ümumilikdə 34 ölkəni ziyarət edən Kruinkşank yeddi qitədən altısında olur (Antarktidaya getmir). Həmin dövrdə təhlükəli ərazi olduğuna görə tədqiqatçı İraqa getməkdən imtina edir. Serial boyunca tədqiq edilən 80 xəzinədən başqa tədqiqatçı səfər etdiyi yerlərdə müxtəlif qeyri-ənənəvi qida nümunələrinin (qoyun xayası, beyin, müxtəlif cücülər və sair) dadına baxır, yerli adətlər və ərazinin tarixi haqqında məlumat verir. Nəqliyyat vasitəsi kimi təyyarə, qatar, dəvə, ulaq, ayaq, hava şarı, velosiped, skuter, avtomobil və qayıq istifadə edilir.
Tanrının yaraqları:Xəzinə axtarışında (film, 2017)
Xəzinə axtarışında (ing. Kung-Fu Yoga, çin. 功夫瑜伽) — film 2017-ci ildə rejissor Stenli Tonq tərəfindən çəkilmişdir. Filmdə baş rolda Ceki Çan oynayır. Filmin heyətinə Çinli aktyorlara Arif Rəhman, Lay Tsan və Miya Muqi, Hindistanlı aktyorlara isə Sonu Sud, Dişa Patani və Amira Dastur daxildir. Film 28 yanvar 2017-ci ildə Çində nümayiş olunub. Burada Nazan Van tərəfindən bəstələnmiş orijinal musiqi və Fərah Xan tərəfindən qurulan son bir rəqs nömrəsi var. Bu film Ceki Çanın Çində ən çox qazanan filmidir. Xi'an'daki Terrakotta Ordu Muzeyində tanınmış bir arxeologiya professoru olan Cek, Hindistanda Hindistanın Muzey Araşdırmaları İnstitutu Racastandan bir gənc hindistanlı professor Aşmita ilə birlikdə Tibetdə Maqadhanın itirilmiş xəzinəsini tapmaq üçün bir araya gəlirlər. Müasir texnologiyanın köməyi ilə iki professordan ibarət bir heyət xəzinəni donmuş gölün altında tapır.

Digər lüğətlərdə